Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 401 min 636 test aparılıb, 67 min 23 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 156 nəfər koronavirusdan vəfat edib, 78 min 362 nəfər müalicə olunaraq sağalıb.