Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 103 nəfər dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib.
Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8103 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8567, ağır xəstələr isə 1310 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 539 559 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 449 273 nəfər sağalıb, 26 900 nəfər isə vəfat edib.