Türkiyədə koronavirusla bağlı son VƏZİYYƏT: 7489 yeni yoluxma

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 132 nəfər dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7489 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8803, ağır xəstələr isə 1765 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 449 839 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 331 314 nəfər sağalıb, 25 476 nəfər isə həyatını itirib.

COP29