Türkiyədə koronavirusla bağlı bu günə olan statistika açıqlanıb.
Yenicag.az xəbər verir ki, daha 80 nəfər COVID-19-dan həyatını itirib.
Son sutkada 118 min 911 koronavirus testi aparılıb, onlardan 7 min 857-si müsbət çıxıb.
Ağır xəstə sayı 1180-dir. 7 min 210 nəfər müalicəsini tamamlayaraq, virusa qalib gəlməyi bacarıb. Bununla sağalanların ümumi sayı 2 milyon 518 min 758-ə yüksəlib.