Türkiyədə koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, ölkədə 261 198 nəfərin COVID-19 testi yoxlanılıb. Onlardan 22 161-nin cavabı müsbət çıxıb.

Həmçinin, gün ərzində 60 nəfər koronavirusun qurbanı olub.

Virusdan sağalanların sayı 5463 nəfər təşkil edib.