Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Son 24 saatda simptomları da müəyyən edilməyənlərlə birlikdə 15 805 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 21 004, ağır xəstə sayı isə 4191 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 178 580 nəfər COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 058 437 nəfər sağalıb, 20 388 nəfər isə ölüb.