Türkiyədə koronavirusla bağlı son vəziyyət: Ölənlərin sayı artdı

Türkiyədə koronavirusla bağlı bu günə olan statistika açıqlanıb.

Yenicag.az xəbər verir ki, son sutka ərzində 347 nəfər koronavirusdan ölüb.

Gün ərzində 243 min 648 COVID-19 testi aparılıb. Daha 24 min 733 nəfərdə koronavirus aşkarlanıb.

Ağır xəstə sayı 3 min 438-dir.

35 min 438 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 515 min 819-a çatıb.