Türkiyədə son bir gün ərzində COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı demək olar, 1,2 min artıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün sosial şəbəkədəki hesabında bildirib.
Nazir qeyd edib ki, koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı son sutkada 1 182 artıb. Son bir gündə daha 30 nəfər pandemiyanın qurbanı olub.
“Bu gün yeni 1 182 hal (yoluxma-red) aşkar edilib, yoluxanların ümumi sayı 160 979-dur. Biz bu gün 30 pasiyent itirdik, ümumilikdə 4 461 nəfər ölüb. Bu gün 1 576 pasiyent sağaldı, cəmi 124 369”, – Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.