Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan daha 72 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Məlumata görə, son 24 saatda 101 403 şübhəli koronavirus testindən keçib, onlardan 1815-nin cavabı pozitiv çıxıb, 1501 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1427 nəfər olub.

Türkiyədə ümumilikdə 347 493 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9296 nəfər ölüb.