Türkiyədə koronavirusla bağlı STATİSTİKA – 2 000-ə yaxın şəxs virusa yoluxdu

Türkiyədə yeni növ koronavirusdan bu gün daha 78 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Bununla da ölənlərin sayı 3 336 nəfərə çatıb. Son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1 983 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 124 375 nəfərdir. İndiyədək 58 259 nəfər isə sağalaraq evə yola salınıb”, – deyə nazir bildirib.