Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Bir gündə 44 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 44 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 140 nəfərə çatıb. Son 24 saatda 35 369 nəfər testdən keçirilib. Onlardan 1 368 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 149 435 nəfərdir. Sağalanların ümumi sayı 109 962 nəfər təşkil edib. lkədə koronavirusla bağlı aparılan analizlərin sayı 1 624 994-ə çatıb”, – deyə, nazir bildirib.

COP29