Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Daha 1141 nəfər yoluxdu

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 32 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 340 nəfərə çatıb. Son 24 saatda 24 589  nəfər testdən keçirilib. Onlardan 1 141 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 156 827 nəfərdir. Sağalanların ümumi sayı 118 694 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29