Türkiyədə yenı növ koronavirusdan bu gün daha 121 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 1 890 nəfərə çatıb. Son 24 saatda 40 520 şübhəli koronavirus testindən keçib, onlardan 3 783 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 82 329 nəfərdir. Daha 1 822 pasiyent sağaldı, sağalanların ümumi sayı 10 453 nəfərə çatdı”, – deyə nazir bildirib.