Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Daha 123 nəfər öldü

Türkiyədə yenı növ koronavirusdan bu gün daha 123 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Bununla da ölənlərin sayı 2 140 nəfərə çatıb. Son 24 saatda 39 703 şübhəli koronavirus testindən keçib, onlardan 4 674 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 90 980 nəfərdir. Daha 1 454 pasiyent sağaldı, sağalanların ümumi sayı 13 430 nəfərə çatdı”, – deyə nazir bildirib.