Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Daha 18 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 18 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 825 nəfərə çatıb. Son 24 saatda 42 032 nəfər testdən keçirilib, onlardan 1 592 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 179 831  nəfərdir. Sağalanların ümumi sayı 152 364 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29