Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 41 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 4 096 nəfərə çatıb. Son 24 saatda 42 236 nəfər testdən keçirilib. Onlardan 1 610 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 148 067 nəfərdir. Ötən sutka ərzində sağalanların ümumi sayı 108 137 nəfər təşkil edib”, – deyə nazir bildirib.