Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 47 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 3 786 nəfərə çatıb. Son 24 saatda 1 542 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 138 657 nəfərdir. Ötən sutka ərzində sağalanların ümumi sayı 92 691 nəfər təşkil edib”, – deyə nazir bildirib.