Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 55 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 3 841 nəfərə çatıb. Son 24 saatda 1 114 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 139 771 nəfərdir. Ötən sutka ərzində sağalanların ümumi sayı 95 780 nəfər təşkil edib”, – deyə nazir bildirib.