Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Daha 57 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 57 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Bununla da ölənlərin sayı 3 641 nəfərə çatıb. Son 24 saatda 30 395 şübhəli koronavirus testindən keçib, onlardan 1 977 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 133 721 nəfərdir. Daha 4 782 xəstə sağalaraq evə buraxılıb”, – deyə nazir bildirib.