Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 64 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 3 461 nəfərə çatıb. Son 24 saatda 35 771 şübhəli koronavirus testindən keçib, onlardan 1 614 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 127 659 nəfərdir. Daha 5 015 xəstə sağalaraq evə buraxılıb”, – deyə nazir bildirib.