Türkiyədə yeni növ koronavirusdan bu gün daha 84 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 3 258 nəfərə çatıb. Son 24 saatda 41 431 şübhəli koronavirus testindən keçib, onlardan 2 188 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 122 392 nəfərdir. İndiyədək 53 808 nəfər isə sağalaraq evə yola salınıb”, – deyə nazir bildirib.