Türkiyədə yeni növ koronavirusdan bu gün daha 92 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 2 992 nəfərə çatıb. Son 24 saatda 29 230 şübhəli koronavirus testindən keçib, onlardan 2 392 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 114 653 nəfərdir. İndiyədək 38 809 nəfər isə sağalaraq evə yola salınıb”, – deyə nazir bildirib.