Türkiyədə yeni növ koronavirusdan bu gün daha 109 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 2 600 nəfərə çatıb. Son 24 saatda 38 351 şübhəli koronavirus testindən keçib, onlardan 3 122 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 104 912 nəfərdir. Sağalanların ümumi sayı 21 737 nəfərə çatdı”, – deyə nazir bildirib.