Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Ölənlərin sayı 3 520 nəfərə çatdı

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 59 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Bununla da ölənlərin sayı 3 520 nəfərə çatıb. Son 24 saatda 33 283 şübhəli koronavirus testindən keçib, onlardan 1 832 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 1 204 421 nəfərdir. Daha 5 119 xəstə sağalaraq evə buraxılıb”, – deyə nazir bildirib.