Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Ölənlərin sayı 4 500-ü ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 26 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 515 nəfərə çatıb. Son 24 saatda 39 230 nəfər testdən keçirilib. Onlardan 983 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 163 103 nəfərdir. Sağalanların ümumi sayı 126 984 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29