Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Ölənlərin sayı 4 minə çatır

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 58 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Bununla da ölənlərin sayı 3 952 nəfərə çatıb. Son 24 saatda 33 332 nəfər testdən keçirilib. Onlardan 1 749 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 143 114 nəfərdir. Ötən sutka ərzində sağalanların ümumi sayı 101 715 nəfər təşkil edib”, – deyə nazir bildirib.

COP29