Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 27 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 5 001 nəfərə çatıb. Son 24 saatda 42 982 nəfər testdən keçirilib, onlardan 1 268 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 190 165 nəfərdir. Sağalanların ümumi sayı 162 848 nəfər təşkil edib”, – deyə, nazir bildirib.