Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 15 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 5 645 nəfərə çatıb. Son 24 saatda 47 412 nəfər testdən keçirilib, onlardan 963 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 227 982 nəfərdir. Sağalanların ümumi sayı, 211 561 nəfər təşkil edib”, – deyə, nazir bildirib.