Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Ölənlərin sayı 5659 min nəfərə çatdı

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 14 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 5659 nəfərə çatıb. Son 24 saatda 45 712  nəfər testdən keçirilib, onlardan 942 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 228 924 nəfərdir. Sağalanların ümumi sayı, 212 557 nəfər təşkil edib”, – deyə, nazir bildirib.