Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 18 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 5765 nəfərə çatıb. Son 24 saatda 46 249 nəfər testdən keçirilib, onlardan 1083 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 234 934 nəfərdir. Sağalanların ümumi sayı, 218 491 nəfər təşkil edib”, – deyə, nazir bildirib.