Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 27 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 4 249 nəfərə çatıb. Son 24 saatda 33 633 nəfər testdən keçirilib. Onlardan 1 003 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 153 548 nəfərdir. Sağalanların ümumi sayı 114 990 nəfər təşkil edib”, – deyə, nazir bildirib.