Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Son bir sutkada 25 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 28 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 199 nəfərə çatıb. Son 24 saatda 25 382 nəfər testdən keçirilib. Onlardan 1 022 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 151 615 nəfərdir. Sağalanların ümumi sayı 112 895 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29