Türkiyədə yeni növ koronavirusdan bu gün daha 115 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 2 491 nəfərə çatıb. Son 24 saatda 40 962 şübhəli koronavirus testindən keçib, onlardan 3 116 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 101 790 nəfərdir. Sağalanların ümumi sayı 18 491 nəfərə çatdı”, – deyə nazir bildirib.