Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 53 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
“Bununla da ölənlərin sayı 3 894 nəfərə çatıb. Son 24 saatda 37 351 nəfər testdən keçirilib. Onlardan 1 704 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 141 475 nəfərdir. Ötən sutka ərzində sağalanların ümumi sayı 98 889 nəfər təşkil edib”, – deyə nazir bildirib.