Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Yoluxanların sayı 150 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 31 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 171 nəfərə çatıb. Son 24 saatda 25 141 nəfər testdən keçirilib. Onlardan 1 158 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 150 593 nəfərdir. Sağalanların ümumi sayı 111 577 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29