Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Yoluxanların sayı 152 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 23 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 222 nəfərə çatıb. Son 24 saatda 20 838 nəfər testdən keçirilib. Onlardan 972 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 152 587 nəfərdir. Sağalanların ümumi sayı 113 987 nəfər təşkil edib”, – deyə, nazir bildirib.