Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 29 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 4 369 nəfərə çatıb. Son 24 saatda 21 492 nəfər testdən keçirilib. Onlardan 987 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 157 814 nəfərdir. Sağalanların ümumi sayı 120 015 nəfər təşkil edib”, – deyə, nazir bildirib.