Türkiyədə koronavirusla bağlı STATİSTİKA – Yoluxanların sayı 162 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 28 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 489 nəfərə çatıb. Son 24 saatda 36 155 nəfər testdən keçirilib. Onlardan 1 141 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 162 120 nəfərdir. Sağalanların ümumi sayı 125 963 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29