Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 182 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 19 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 861 nəfərə çatıb. Son 24 saatda 52 901 nəfər testdən keçirilib, onlardan 1 429 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 182 727 nəfərdir. Sağalanların ümumi sayı 154 640 nəfər təşkil edib”, – deyə, nazir bildirib.