Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 184 mini ötdü

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 882 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 304 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 184 031 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 382 nəfər olmaqla 156 022 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 46 800 test aparılıb.