Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 185 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 23 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 905 nəfərə çatıb. Son 24 saatda 41 316 nəfər testdən keçirilib, onlardan  1 214 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 185 245 nəfərdir. Sağalanların ümumi sayı 157 516 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29