Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 187 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 23 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 4 950 nəfərə çatıb. Son 24 saatda 40 496 nəfər testdən keçirilib, onlardan  1 192 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 187 685 nəfərdir. Sağalanların ümumi sayı 160 240 nəfər təşkil edib”, – deyə, nazir bildirib.