Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 195 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 17 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı  5 082  nəfərə çatıb. Son 24 saatda 45 213 nəfər testdən keçirilib, onlardan 1 372 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 195 833 nəfərdir. Sağalanların ümumi sayı 169 182 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29