Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 199 minə çatır – FOTO

Bu gün Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 115 nəfəri ötüb.

Son sutkada Türkiyədə COVID-19-a 1 374 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 198 613 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son bir gündə 1 214 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 171 809 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 51 014 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 331 158-dir.