Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 201 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 19 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 5 150 nəfərə çatıb. Son 24 saatda 45 213 nəfər testdən keçirilib, onlardan 1 192 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 201 098 nəfərdir. Sağalanların ümumi sayı 175 422 nəfər təşkil edib”, – deyə, nazir bildirib.