Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 300 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 024 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 209 962 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 879 nəfər olmaqla 190 390 nəfər təşkil edir.