Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 225 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 16 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 5 596 nəfərə çatıb. Son 24 saatda 43 312 nəfər testdən keçirilib, onlardan 921 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 225 173 nəfərdir. Sağalanların ümumi sayı, 208 477 nəfər təşkil edib”, – deyə, nazir bildirib.