Türkiyədə koronavirusla bağlı STATİSTİKA: Yoluxanların sayı 237 mini ötdü

Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 14 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

“Bununla da ölənlərin sayı 5798 nəfərə çatıb. Son 24 saatda 54 494  nəfər testdən keçirilib, onlardan 1153 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı  237 265 nəfərdir. Sağalanların ümumi sayı, 220 546 nəfər təşkil edib”, – deyə, nazir bildirib.

COP29