Türkiyədə kütləvi zəhərlənmə – 67 tələbə xəstəxanalıq oldu

Türkiyədə 67 nəfər dönərdən zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisə Afyonkarahisar vilayətində baş verib.

Məlumata görə, zəhərlənənlərin hamısı tələbədir. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.