Türkiyədə kütləvi zəhərlənmə oldu

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda 11 nəfər qidadan zəhərlənib.

Bu barədə Yenicag.az “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, qısa müddət əvvəl istifadəyə verilən müəssisədə günün müxtəlif saatlarında toyuq əti və düyü yeyən 11 nəfər dünən axşam saatlarında qusma və ürəkbulanma şikayətləri ilə Əliağa Dövlət Xəstəxanasına müraciət edib. Tibbi müayinədən sonra onların müalicələrinə başlanılıb.

Hadisə ilə bağlı təqiqat aparılır.

COP29